Polşa millisinin üzvü “Portu”da – Rəsmi

Polşa millisinin müdafiəçisi Yan Bednarek karyerasını Portuqaliyada davam etdirəcək.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, polşalı futbolçu son ölkə çempionatının bürünc mükafatçısı olan “Portu” ilə 4 illik müqavilə imzalayıb.

Transferin dəyəri 7,5 milyon avro təşkil edir. Müqavilədə 29 yaşlı oyunçunun sərbəst qalma qiyməti 60 milyon avro göstərilib.

Yan Bednarek futbolçu karyerasına Polşanın “Lex” klubunda başlayıb. O, həmçinin, “Qurnik”, “Aston Villa” və “Sauthempton” klublarında da çıxış edib.

Bednarek son mövsümdə “Sauthempton”un heyətində 34 oyun keçirib, 2 qol vurub. O, Polşa millisində 69 matçda forma geyinib və 1 qolla yadda qalıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir