
Son günlərdə “Santos”un hücumçusu Neymarın “Marsel”ə keçəcəyi ilə bağlı yayılan xəbərlər doğru deyil.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, PSJ-nin sabiq futbolçusunun “Marsel”ə keçəcəyi ilə bağlı yayılan xəbərlər tamamilə əsassızdır, reallığı əks etdirmir.
Əvvəllər Neymarın “Santos”a dönüşünün uğursuz alınması səbəbilə Fransaya qayıda biləcəyi ehtimalı irəli sürülmüşdü.
33 yaşlı braziliyalı forvard hazırda “Santos”da çıxış edir. O, bu mövsüm Braziliya çempionatında 8 oyunda meydana çıxaraq, cəmi 1 qol vurub.