
Tomas Müller MLS təmsilçisi “Vankuver”lə müqavilə imzalamağa hazırdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı hücumçunun 1,5 illik müqavilə bağlayacağı gözlənilir.
Müller uzun illər formasını geyindiyi “Bayern”dən bu yay ayrılıb. O, klubla olan müqaviləsinin müddəti başa çatdığı üçün Münhen təmsilçisini azad agent kimi tərk edib.
Almaniyalı forvard karyerası ərzində yalnız “Bayern”də çıxış edib. O, klubun yetirməsi olmaqla yanaşı, Almaniya çempionu ilə birlikdə 756 oyun, 250 qol və 276 məhsuldar ötürmə ilə tarixə düşüb.
Müller hələlik karyerasını bitirmək fikrində deyil və MLS-də yeni mərhələyə başlamağa hazırlaşır.