Qvardioladan Messi-Yamal müqayisəsi

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Barselona”nın 18 yaşlı vingeri Lamin Yamalla bağlı sualı cavablandırıb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, Yamalın Lionel Messi ilə müqayisəsinin tez olduğunu deyib:

“Biz Lamin Yamala öz yolunu getməyə imkan verməliyik. Onun 15 il oynadıqdan sonra Messidən yaxşı olub-olmadığını söyləyə bilərik.

Amma onun Messi ilə müqayisə olunması özü artıq çox önəmlidir. Bu, elədir ki, bir rəssamı Van Qoqun əsərləri ilə müqayisə edirlər”.

Qvardiola 2008-2012-ci illərdə “Barselona”nı çalışdırıb və həmin dövrdə UEFA Çempionlar Liqasının da daxil olduğu bir neçə kubok qazanıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir