
“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano yeni transfer Rodriqo de Paulla bağlı fikirlərini açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, argentinalı futbolçu haqda bunu söyləyib:
“Bu, “İnter Mayami” üçün tarixi transferdir. Ona uğurlar arzulayıram. Əminəm ki, o, bizə çox kömək edəcək”.
Rodriqo de Paulla sözləşmə “İnter Mayami”nin tarixində ən bahalı müqavilədir. ABŞ klubu 31 yaşlı futbolçu üçün “Atletiko”ya (Madrid) 15 milyon avro ödəyəcək.