Bir açıqlamanın əks-sədası: İşə ölkə prezidenti də qarışıb

Meksikalı məşhur futbolçu Xavyer Ernandes (Çiçarito) qadınlara qarşı səsləndirdiyi mübahisəli və seksual xarakterli fikirlərə görə cərimələnəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, onun bu fikirləri yalnız Avropada deyil, elə Meksikanın özündə də ciddi narazılıq doğurub. Məsələ artıq ölkə prezidenti Klaudia Şeynbaumun da diqqətinə çatdırılıb. Meksika Futbol Federasiyası Çiçaritonu cəzalandırmaq qərarına gəlib, ancaq konkret cərimə məbləği hələlik açıqlanmayıb.

37 yaşlı hücumçu 21-ci əsrin ən tanınmış meksikalı futbolçularından biridir. O, karyerası ərzində “Mançester Yunayted” və “Real” kimi top-klublarda çıxış edib. Hazırda isə karyerasını yetirməsi olduğu Meksikanın “Qvadalahara” komandasında davam etdirir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir