Azərbaycan klublarından ölkə xaricinə transfer olunan TOP 5 yerli futbolçu

Yay transfer pəncərəsinin bağlanmasına hələ bir aydan çox qalsa da, artıq bəzi yerli futbolçularımızın ölkə xaricinə transfer xəbərlərini görürük. Trend.futbol Transfermarkt platformasının 27 iyul 2025 tarixinə olan məlumatına əsasən, yay transfer pəncərəsində Azərbaycan klublarından xarici komandalarla anlaşma əldə edən futbolçular arasında bazar dəyərinə görə ilk beşliyi formalaşdırıb. Araşdırmada xüsusən Səbail klubunun xaricə bir neçə futbolçu göndərdiyini görürük ki, bunu da klubun uğurlu transfer siyasəti və yerli furbolçularımızın inkişafına verdiyi dəstək olaraq görmək olar. Siyahını təqdim edirik:

1. Rüfət Abdullazadə600,000 avro (bazar dəyəri)
Keçid: Səbail → Varajdin (Xorvatiya)
Agentlik: Asadov Pro Bridge

2. Orxan Əliyev450,000 avro
Keçid: Turan Tovuz → Ozgon FC (Qırğızıstan)
Agentlik: Transfermarkt platformasında qeyd edilməyib

3. İlkin Muradov350,000 avro
Keçid: Səbail → Abdish-Ata Kant (Qırğızıstan)
Agentlik: Transfermarkt platformasında qeyd edilməyib

4. Sərtan Taşkın250,000 avro
Keçid: Sumqayıt → Serik Belediyespor (Türkiyə)
Agentlik: ms-management

5. Mert Çelik200,000 avro
Keçid: Səbail → Sivasspor (Türkiyə)
Agentlik: OLCA Group

Beşliyə əlavə olaraq: Mirabdulla Abbasov75,000 avro
Keçid: Səbail → Abdish-Ata Kant (Qırğızıstan)
Agentlik: FLM

Məqalədəki bütün məlumatlar 27 iyul 2025-ci il tarixində Transfermarkt platformasından götürülüb. Məlumatdan istifadə edərkən Trend.futbol saytına istinad mütləqdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir