“Neftçi” transferi açıqladı

“Neftçi” qapıçı transferini rəsmiləşdirib.

Futbolpress.az xəbər verir ki, Bosniya və Herseqovina millisinin qolkiperi Kenan Piriç artıq “Neftçi” ailəsinin üzvüdür. 31 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.

Vətənindən başqa, Belçika, Sloveniya, Yunanıstan, Türkiyə və Kipr liqalarında oynayan Piriç 2 dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), 1 dəfə isə Sloveniya (2018/19) çempionu olub.

O, 2 dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), 1 dəfə Sloveniya (2018/19) və Yunanıstan (2023/24) çempionatlarında mövsümün qapıçısı seçilib. Milli komandanın heyətində 8 oyun keçirib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir