
Benjamin Mendi “Sürix”dən ayrılıb.
Komanda.az xəbər verir ki, İsveçrə klubu 31 yaşlı müdafiəçi ilə müqaviləyə xitam vermək üçün qarşılıqlı razılıq əldə etdiklərini açıqlayıb.
Mendi “Sürix”ə bu ilin fevralında, müddəti 2026-cı ilin yayına qədər olan müqavilə ilə keçmişdi.
Fransalı futbolçu İsveçrə çempionatında 7 oyun keçirib və 1 məhsuldar ötürmə edib. O, əvvəllər “Mançester Siti”də çıxış edib.