“Zirə”nin rəqibi tanınmış futbolçu ilə anlaşıb

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Hayduk” heyətini yeni oyunçu ilə gücləndirəcək.

Komanda.az xəbər verir ki, Split təmsilçisi Ante Rebiçin keçidini həll etmək üzrədir. Bu barədə “Telesport” məlumat yayıb.

Artıq xorvatiyalı vingerlə razılıq əldə olunub. 31 yaşlı futbolçu ilə yaxın günlərdə müqavilə imzalanacaq.

Rebiç karyerası ərzində “Fiorentina”, “Leyptsiq”, “Verona”, “Ayntraxt”, “Milan”, “Beşiktaş” və “Leççe”də çıxış edib.

“Zirə” Bakıda keçirilən ilk oyunda “Hayduk”la 1:1 hesablı heç-heçə edib. Komandalar arasındakı cavab görüşü iyulun 31-də Xorvatiyada keçiriləcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir