
“İnter”in və Niderland millisinin sabiq futbolçusu Uesli Sneyder Klublararası dünya çempionatının yeni formatını yüksək qiymətləndirib.
Komanda.az “WinWin”-ə istinadən xəbər verir ki, o, bu dəyişikliklərin dünya futbolunun qlobal miqyasda inkişafına müsbət təsir göstərdiyini bildirib:
“Yeni format həqiqətən maraqlıdır. Komandaların sayının artması Avropadan kənar klublara daha çox diqqət cəlb etməyə imkan verir və bu, çox vacibdir. Futbol artıq qlobal oyun olub və dünya üzrə azarkeşlər daha çox müxtəlifliyi bu səviyyədə görməyə layiqdirlər. Mən bir neçə matçı Mayamidə izlədim, çox yaxşı təəssüratlar yarandı”.
Klublararası dünya çempionatının formatı ciddi dəyişikliklərə uğrayıb. Turnirə artıq 32 komanda qatılır ki, bu da onu mundiala bənzədir.