ABŞ klubuna keçən futbolçu: “Mən hazıram”

“Atletiko”dan ayrılan yarımmüdafiəçi Rodriqo de Paul “İnter Mayami”yə keçib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ klubu argentinalı futbolçu ilə müqavilə imzaladığını dünən elan edib.

Dörd illik müqaviləyə qol çəkən dünya çempionu sosial şəbəkə hesabındakı paylaşımında hazır olduğunu bildirib:

“Karyeramdakı bu yeni böyük çağırışa görə çox şadam. Mən hazıram! Gedək, “İnter!”

De Paul “İnter Mayami”yə 15 milyon avroya başa gəlib. Bu, klub tarixindəki ən bahalı transferdir. O, yeni komandasında Argentina millisindən yaxşı tanıdığı Lionel Messi ilə bərabər çıxış edəcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir