Blog

“Riyeka” Avroliqanın pley-offunda!
Dünya Futbolu

“Riyeka” Avroliqanın pley-offunda!

Avropa Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Komanda.az xəbər verir ki, bu gün bir oyun baş tutub. “Şelburn” evdə “Riyeka” ilə qarşılaşıb. Səfərdə inamlı qələbəyə sevinmiş xorvatlar pley-offa ilk vəsiqənin sahibi olublar. Qalan cavab görüşləri avqustun 14-də keçiriləcək. Avropa Liqası3-cü təsnifat mərhələsi, cavab oyunu12 avqust Şelburn (İrlandiya) – Riyeka (Xorvatiya) 1:3İlk oyun – 2:1. source
“Qarabağ”ın oyunu təxirə salındı
Azərbaycan Futbolu

“Qarabağ”ın oyunu təxirə salındı

Misli Premyer Liqasının ilk turu çərçivəsində keçirilməsi nəzərdə tutulan “Sabah” – “Qarabağ” oyunu təxirə salınıb. Futbolpress.az xəbər verir ki, komandaların rəsmi görüşləri arasında minimum 48 saat vaxtın qorunması ilə bağlı beynəlxalq oyun qaydalarına əsasən təxirə salınıb. “Qarabağ” Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlib. Bu səbəbdən avqustun 17-nə planlaşdırılan I tur oyunu təxirə salınıb. source
“Qarabağ”dan daha bir qol – YENİLƏNİR
Azərbaycan Futbolu

“Qarabağ”dan daha bir qol – YENİLƏNİR

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Futbolpress.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Qarabağ” da növbəti oyuna çıxacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda “Şkendiya”nı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 20:00-da start veriləcək. Komandalar arasındakı ilk oyunda “Qarabağ” minimal hesablı qələbə qazanıb – 1:0. UEFA Çempionlar LiqasıIII təsnifat mərhələsi, cavab oyunu 12 avqust 20:00 Qarabağ – Şkendiya (Şimali Makedoniya) 4:1 (ilk oyun 1:0) Qollar: Klisman, 16 (avtoqol), Kadi, 18, Nəriman Axundzadə, 33, Yankoviç, 36 (pen.) – Tamba, 10 source
“Qarabağ”ın oyununda anşlaq olacaq
Azərbaycan Futbolu

“Qarabağ”ın oyununda anşlaq olacaq

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Şkendiya” (Şimali Makedoniya) oyununa satılan bilet sayı açıqlanıb. Futbolpress.az xəbər verir ki, qarşılaşmaya 25 min bilet satılıb. Matç üçün bilet qiymətləri 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektoru üçün nəzərdə tutulan biletlərin qiyməti isə 300 manatdır. Qeyd edək ki, “Qarabağ” – “Şkendiya” matçı bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Səfərdə gerçəkləşən ilk oyunda “köhlən atlar” qələbə qazanıb – 1:0. source
“İmişli” ECA-ya üzv oldu
Azərbaycan Futbolu

“İmişli” ECA-ya üzv oldu

“İmişli” klubu Avropa Klublar Assosiasiyasının (ECA) üzvü olub Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. ECA 2008-ci ildə yaradılıb və UEFA-da peşəkar futbol klublarının maraqlarını təmsil edən təşkilatdır. source
“Sabah”ın rəqibində yeni müqavilə
Dünya Futbolu

“Sabah”ın rəqibində yeni müqavilə

“Sabah”ın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində rəqibi olan Bolqarıstanın “Levski” klubu futbolçusu Stivn Stoyançovla peşəkar müqavilə imzalayıb. Komanda.az xəbər verir ki, bu barədə Sofiya təmsilçisi məlumat yayıb. 18 yaşlı oyunçunun sözləşməsinin müddəti 3 illikdir. “Levski” “Sabah”la cavab oyununu avqustun 14-də Bakıda keçirəcək. Bolqarıstanda keçirilən ilk qarşılaşmada meydan sahibləri qələbə qazanıb – 1:0. source
Cəlalın 90 dəqiqəsi
Azərbaycan Futbolu

Cəlalın 90 dəqiqəsi

Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi “Arda” Bolqarıstan çempionatının 4-cü turunda “Lokomotiv”lə (Plovdiv) qarşılaşıb. Futbolpress.az xəbər verir ki, görüş qolsuz bərabərliklə başa çatıb. Cəlal start heyətdə yer alıb və sona qədər oynayıb. “Arda” hazırda turnir cədvəlində 5 xalla 8-cidir. source
ÇL: “Fənərbaxça” bu gün “Feyenoord”la cavab matçına çıxacaq
Dünya Futbolu

ÇL: “Fənərbaxça” bu gün “Feyenoord”la cavab matçına çıxacaq

Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda “Şkendiya”nı qəbul edəcək. İlk görüşdə “köhlən atlar” qələbə qazanıb – 1:0. Türkiyənin “Fənərbaxça” komandası evdə “Feyenoord”la üz-üzə gələcək. “Qarabağ”ın pley-off mərhələsindəki potensial rəqibləri “Ferentsvaroş”la “Ludoqorets” isə Macarıstanda qarşılaşacaq. Çempionlar Liqası3-cü təsnifat mərhələsi, cavab oyunları 12 avqust 20:00. “Qarabağ” – “Şkendiya” (Şimali Makedoniya)İlk oyun 1:0 21:00. “Fənərbaxça” (Türkiyə) – “Feyenoord” (Niderland)İlk oyun 1:2 21:00. “Kopenhagen” (Danimarka) – “Malmö” (İsveç)İlk oyun 0:0 21:00. “Pafos” (Kipr) – “Dinamo” (Kiyev, Ukrayna)İlk oyun 1:0 21:00. “Viktoriya” (Plzen, Çexiya...
“Traktor” daha bir titul qazandı
Azərbaycan Futbolu

“Traktor” daha bir titul qazandı

Futbol üzrə İran Superkubokunun qalibi məlum olub. Futbolpress.az xəbər verir ki, həlledici görüşdə İran Liqasının son qalibi Təbrizin “Traktor” klubu ilə ölkə kubokunu qazanan “İstiqlal” üz-üzə gəlib. Oyun “Traktor”un 2:1 hesablı qələbəsi ilə başa çatıb. Təbriz təmsilçisi tarixində ilk dəfə Superkuboku qazanıb. source
“Şkendiya” Bakıda dəstəksiz olacaq – azarkeşlər üçün yeni fürsət
Azərbaycan Futbolu

“Şkendiya” Bakıda dəstəksiz olacaq – azarkeşlər üçün yeni fürsət

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Şkendiya” (Şimali Makedoniya) azarkeşlərinə ayrılmış yerlər Ağdam təmsilçisinin tərəfdarları üçün satışa çıxarılır. Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb. Əvvəlcədən 27 və 28-ci sektorlar rəqib komandanın azarkeşləri üçün nəzərdə tutulsa da, qonaq komandanın tərəfdarlarının Bakıya gəlməməsi səbəbindən həmin sektorların biletləri yerli azarkeşlərə satılacaq. Satış sabah saat 12:00-dan start götürəcək. Qeyd edək ki, “Qarabağ” – “Şkendiya” qarşılaşması avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da başlayacaq. Səfərdə baş tutan ilk görüşdə “köhlən atlar” rəqibini bir cavabsız qolla üstələyib. source...