“Atletik” cəzalandırıldı – “Qarabağ”la oyuna görə

“Atletik” klubu “Qarabağ”a qarşı keçirdiyi UEFA Çempionlar Liqası oyununda azarkeşlərin yol verdikləri pozuntulara görə cərimələnib.

Komanda.az xəbər verir ki, UEFA Bilbao klubuna 10 min avro cərimə tətbiq edib.

Buna sözügedən qarşılaşmada azarkeşlərin UEFA İntizam Qaydalarının 16 (2) maddəsinə əməl etməməsi səbəb olub.

“Atletik” “İdman tədbirinə uyğun olmayan mesajın ötürülməsi” (xüsusilə, siyasi, ideoloji, dini və ya təhqiredici məzmunlu jest, söz, obyekt və ya hansısa başqa vasitələrlə ötürülməsi) ucbatından cəza ilə üzləşib.

Sözügedən matç zamanı “Atletik”in fanatları vaxtilə erməni separatçılarının Qarabağda yaratdıqları qondarma rejimin bayrağını qaldırmışdı. “Qarabağ” rəsmiləri isə həm oyundan əvvəl, həm də oyun zamanı şəhərdə baş verən təxribatlarla bağlı meydan sahiblərinə məlumat vermişdi.

“Atletik” – “Qarabağ” oyunu İspaniya klubunun 3:1 hesablı qələbəsi ilə bitib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir