Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Rakuv” (Çestoxova) klubunda baş məşqçi dəyişikliyi reallaşıb. Məşqçilər korpusunun üzvü David Şulçek komandanın baş məşqçisi vəzifəsini təhvil alıb.
Futbolpress.az xəbər verir ki, UEFA Pro lisenziyasına sahib olan mütəxəssis 2013-cü ildən peşəkar məşqçilik fəaliyyəti ilə məşğuldur. Şulçek karyerası ərzində “Qurnik” (Vesola), “Rozvoj” (Katovitse), “Viqri” (Suvalki), “Stal” (Myelets) və “Visla” (Krakov) klublarında assistent işləyib, 2020-ci ildə “Viqri”yə baş məşqçi kimi qayıdıb. O, 2021–2024-cü illərdə “Varta”nı (Poznan), daha sonra isə “Rux”u (Xojuv) çalışdırıb.
Cari ilin yanvarından etibarən “Rakuv”da müvafiq olaraq Lukaş Tomçik və David Kroçekin köməkçisi kimi çalışan Şulçekin dövründə komanda Polşa Kubokunun finalına və UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
