AVRO-2026: Bakıda Belçika və Niderlanddan qələbə

Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatının C qrupunda daha iki qarşılaşma baş tutub.

Futbolpress.az xəbər verir ki, Belçika yığması İspaniya millisini 3:2 (25:15, 18:25, 23:25, 25:17, 15:8) hesabı ilə üstələyib.

Günün digər görüşündə isə Niderland komandası Rumıniya kollektivi üzərində çətin qələbə qazanıb — 3:2 (25:21, 26:28, 25:15, 22:25, 15:9).

C qrupunun matçları avqustun 28-dək Milli Gimnastika Arenasında davam edəcək. Turnirin start oyununda Azərbaycan millisi Portuqaliyanı 3:1 hesabı ilə məğlub etmişdi.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir