“Qarabağ”ın oyununa biletlər satışda

Misli Premyer Liqasının I turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Şamaxı” qarşılaşmasının biletləri bu gün saat 15:00-dan etibarən satışda olacaq.

Futbolpress.az xəbər verir ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 5, 10 və 20 manat təşkil edir.

Azarkeşlər biletləri bu gündən etibarən “iTicket.az” saytından onlayn qaydada əldə edə bilərlər. Oyun günü isə bilet satışı həm onlayn platformada, həm də arena kassalarında həyata keçiriləcək.

Qeyd edək ki, qarşılaşmanın keçiriləcəyi stadionun qapıları matçın başlanmasına 2 saat (120 dəqiqə) qalmış azarkeşlər üçün açılacaq.

 

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir