“Qarabağ”a tanış sima

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, Ağdam təmsilçisi III təsnifat mərhələsinin cavab matçında Kiyev “Dinamo”sunu üstələyərək (2:0) adını növbəti raunda yazdırıb. Tərəflər arasında baş tutan ilk görüşdə Ukrayna kollektivi minimum hesabla qalib gəlmişdi (1:0).

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv pley-off mərhələsini keçmək üçün Niderlandın “Tvente” klubu ilə üz-üzə gələcək.

Rəqib komanda Slovakiyanın “DAK 1904” kollektivini turnirdən kənarlaşdırıb. İlk görüşdə rəqibini darmadağın edən (6:0) Niderland təmsilçisi cavab qarşılaşmasında heç-heçəyə razılaşıb (3:3).

“Köhlən atlar” cütün ilk matçına səfərdə çıxacaq.

Konfrans Liqasında pley-off mərhələsinin ilk qarşılaşmaları avqustun 20-də, cavab duelləri isə 27 avqust tarixində baş tutacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir