Kostyuk: “Qarabağ” imkanlarından maksimum yararlandı”

Konfrans Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Dinamo” (Kiyev) oyunundan (2:0) sonra qonaq komandanın məşqçisi İqor Kostyuk jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi:

– “Qarabağ” ilk oyundan nəyi fərqli etdi ki, qələbə qazandı?
– İmkanlarından maksimum yararlandılar.

– İkinci hissənin əvvəlində 100 faizlik epizodu vura bilmədiniz. Bu, oyunun gedişatına necə təsir etdi?
– İkinci hissədə 3 qol imkanımız oldu, amma dəyərləndirə bilmədik. Ola bilsin, bəxtimiz gətirmədi.

– Hava toplarından daha çox istifadə edirdiniz. Başqa variant yox idi, ya “Qarabağ”ın zəif tərəfini tapmışdınız?
– İlk dəqiqələrdən aqressiv oynamağa, topa nəzarət etməyə çalışırdıq. Bəzi anlarda rəqibin pressinqi ilə də qarşılaşırdıq.

Şahin Cəfərov

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir