“Şəfa” heyətini yeni fransalı yarımmüdafiəçi Omar Abdulaye Diav ilə gücləndirib.
Futbolpress.az istinadən xəbər verir ki, paytaxt təmsilçisi 25 yaşlı futbolçu ilə “2+1” illik müqavilə bağlayıb.
Fransalı oyunçu son olaraq Belçikanın “Akren-Lessin” klubunun şərəfini qoruyub. O, öz ölkəsində isə “Olimpik Markkua” və “Krua” komandalarında çıxış edib.
“Şəfa” cari yay transfer dövründə artıq Məmməd Hüseynov, Arsen Ağcabəyov, Rauf Hüseynli, Nicat Mehbalıyev, Murad Musayev, Vlad Marian Pop, Andrey Fernando Draqu, Musa Queli, Fərid Yusifli, Maudo Lamin Jarjue, Treyvon Fuller, Bafode Dansoko, Kristofer Mamengi, Felipe da Silva Rodrigez, Ayxan Əlizadə, Eltun Babazadə, Nurhan Abdıyev və Elmar Məmmədovun da keçidini rəsmiləşdirib.
