“Xankəndi” Futbol Klubunda idarəetmə strukturunun təkmilləşdirilməsi istiqamətində növbəti mühüm addım atılıb.
Futbolpress.az xəbər verir ki, klubun Ümumi Yığıncağının qərarı ilə Müşahidə Şurası yaradılıb və Şuranın sədri vəzifəsinə Elgün Səmədov seçilib.
Elgün Səmədovun rəhbərliyi ilə Müşahidə Şurası “Xankəndi”nin dayanıqlı inkişafı, peşəkar klub modelinin formalaşdırılması və Azərbaycan futbolunda özünəməxsus mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində mühüm rol oynayacaq.
Komanda yeni mövsümdə I Liqada mübarizə aparacaq.
