“Sabah” Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Təl-Əviv) komandasına qarşı keçirəcəyi ev oyununun məkanı məlum olub.
Futbolpress.az UEFA-nın saytına istinadən xəbər verir ki, avqustun 25-də keçiriləcək matç Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
Komandalar arasındakı ilk matç isə avqustun 19-da Rumıniyanın paytaxtı Budapeştdə oynanılacaq. “Hapoel” Yaxın Şərqdəki siyasi gərginlik səbəbindən ev oyunlarını neytral meydanda keçirir.
