“Sabah” darmadağınla tarix yazdı

“Sabah” Çempionlar Liqasında bu gün III təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, “bayquşlar” “Bank Respublika Arena”da Danimarkanın “Orhus” komandasını qəbul edib. 90 dəqiqənin yekununda Masazır təmsilçisi rəqibi 4:0 hesabıyla darmadağın edib.

Tərəflər arasındakı ilk matçda “Orhus” qələbə qazanıb (2:1).

“Sabah” pley-off mərhələsində “Srvena Zvezda” (Serbiya) – “Hapoel” (İsrail) duelinin üstün tərəfi ilə mübarizə aparacaq.

“Orhus” isə Avropa Liqasının pley-offunda “Benfika” (Portuqaliya) – “Harts” (Şotlandiya) cütünün qalibinə rəqib olacaq.

UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu

11 avqust

20:00 Sabah – Orhus (Danimarka) 4:0

Qol: V. Simiç, 59, S. Solvet, 67, C. Mikels, 79, K. Severina, 89

İlk oyun 1:2

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir