Boksçularımız Bakıda növbəti sınaqda

Kişi boksçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışının yeni mərhələsinə qədəm qoyub.

Futbolpress.az xəbər verir ki, Almaniya mərhələsini başa vuran milli komandamız baş məşqçi Ravşan Xocayevin rəhbərliyi altında hazırlıqlarını Bakıda sürdürür.

Bakı Boks Mərkəzində gerçəkləşən təlim-məşq prosesinə Türkmənistan seçməsi də qoşulub. Komandaların birgə hazırlığı avqustun 22-dək davam edəcək.

Bu toplanış Bolqarıstanda təşkil olunacaq qitə birinciliyinə hazırlıq məqsədi daşıyır.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir