21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Futbolpress.az xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi kollektiv Portuqaliya yığması ilə qarşılaşıb. Görüş rəqibin qələbəsiylə başa çatıb.
Azərbaycan millisi B qrupunda 5 xalla 5-ci sıradadır. Portuqaliya isə 16 xalla birinci pillədə qərarlaşıb.
Avropa çempionatı
Seçmə mərhələ
27 mart
15:00 Azərbaycan U-21 – Portuqaliya U-21 0:4
Qollar: Q.Moreyra, 51, T.Parente, 54, Çermiti, 66, Simoes, 76
