Emin Mahmudov: “Qələbə bizim üçün vacibdir”

Azərbaycan millisinin futbolçusu Emin Mahmudovun sabah Sent Lüsiya ilə keçirəcəyi yoldaşlıq oyunundan əvvəl fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, kapitan matçla bağlı bunları deyib:

– Bu ildəki ilk oyunumuzdur. Çox xoşdur ki, millidəyik. Çalışacağıq ki, yaxşı oyun göstərək. Qələbə bizim üçün vacibdir.

– Belə rəqiblərə qarşı oynamaq çətindir?
– Millidə asan rəqib olmur. Başa düşməliyik ki, biz də bir ildir, qələbə qazanmırıq. Çalışacağıq ki, nə olur-olsun, bu seriyanı bitirək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir