
“Arsenal”ın və İspaniya millisinin yarımmüdafiəçisi Mikel Merino dünya çempionatına qədər vaxtında sağala bilməyəcək.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, futbolçunun sağalması çox uzun müddət çəkəcək. O, 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatını buraxmaq riski ilə üz-üzədir.
Merino “Mançester Yunayted”lə oyunda (2:3) ayağından zədə alıb. Daha sonra zədənin ciddi olduğu və əməliyyat tələb olunduğu məlum olub.
İspaniya millisi qarşıdan gələn turnirin qrup mərhələsində Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvay yığmalarıyla qarşılaşacaq.
