“Qəbələ” transferi açıqladı

“Qəbələ” heyətinə daha bir futbolçu cəlb edib.

Futbolpress.az xəbər verir ki, “qırmızı-qaralar” Turan Manafovu mövsümün sonuna kimi Cənubi Afrika Respublikasının “Stellenboş” klubundan icarəyə götürüb.

27 yaşlı sol cinah müdafiəçisi buna qədər “Olimpiakos Volos” (Yunanıstan), “Araz-Naxçıvan”, “Kəpəz”, “Qarabağ” kimi klublarda çıxış edib.

Qeyd edək ki, “Qəbələ” qış fasiləsində İsmaeel Akinade Seydina Keyta və Rza Cəfərovla da müqavilə bağlayıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir