
“Bayern”in hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasının liqa mərhələsinin yekunları ilə bağlı fikirlərini bölüşüb.
Münhen təmsilçisi keçirdiyi 8 oyunda 21 xal toplayaraq turnir cədvəlini 2-ci pillədə başa vurub. Birinci yeri isə 24 xalla “Arsenal” tutub.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ingiltərəli forvard “Bayern”in çıxışını yüksək qiymətləndirib:
“8 oyunun 7-də qələbə qazanmağımız komandamızın gücünü göstərir. Düşünürəm ki, ən çətin rəqiblər də bizə düşmüşdü. PSJ-yə qarşı səfər oyunu, “Arsenal”la Londonda qarşılaşma, “Çelsi” ilə ev matçı – bunların hamısı həqiqətən ağır görüşlər idi. Biz bütün bu çətinliklərdən keçdik. Bu oyunlarda iştirak edən və sona qədər mübarizə aparan hər kəsə təşəkkür edirəm”.
Keyn komandasının xarakter və dözümlülük nümayiş etdirdiyini xüsusi vurğulayıb.
