“Real”ı məğlub etmək “Benfika” üçün böyük nailiyyətdir”

“Benfika”nın baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasının 8-ci turunda “Real” üzərində 4:2 hesablı qələbədən sonra matçla bağlı fikirlərini bölüşüb.

Lissabon təmsilçisi bu nəticə ilə “kral klubu”nun 1/8 finala birbaşa vəsiqə qazanmasına mane olub. Qarşılaşmada həlledici məqam 98-ci dəqiqədə qeydə alınıb. “Benfika”nın qapıçısı Anatoli Trubinin dəqiq zərbəsi “qartallar”a pley-off mərhələsində yer almağı təmin edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, matçdan sonra jurnalistlərə danışan portuqaliyalı çalışdırıcı komandasının qələbəni haqq etdiyini vurğulayıb:

“Biz bu qələbəyə layiq idik. Kilian Mbappenin iki epizodu oldu və iki qol vurdu. “Real”ı məğlub etmək “Benfika” üçün böyük nailiyyətdir. Bugünkü nəticəyə baxmayaraq, mən hesab edirəm ki, “Real” bu mövsüm də Çempionlar Liqasını qazana bilər”.

Püşkatmanın nəticəsindən asılı olaraq “Benfika” pley-off oyunlarında “Real”la yenidən üz-üzə gələ bilər.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir