Azərbaycanlı hakimlər Avropa Liqası oyununda

Azərbaycanın FIFA referisi Elçin Məsiyev təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, yanvarın 30-da keçiriləcək “Midtyulland” – “Dinamo” oyununun baş hakimi olacaq.

Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

VAR-da Andryu Dallas (Şotlandiya) və Maykl Sallsburi (İngiltərə) olacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir