FİFA prezidentinin açıqlaması ingiltərəli azarkeşləri qəzəbləndirdi

FİFA prezidenti Canni İnfantino Davosda keçirilən Ümumdünya İqtisadi Forumda çıxışından sonra İngiltərə Futbol Azarkeşləri Assosiasiyası (FSA) tərəfindən tənqid olunub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, qurumun rəhbəri çıxışında 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatı zamanı “demək olar ki, heç bir insident baş vermədiyini” və “dünyada ilk dəfə heç bir britaniyalının həbs edilmədiyini” vurğulayıb. O, əlavə edib:

“Düşünün! Bu, həqiqətən də xüsusi bir hadisədir”.

İngiltərə Futbol Azarkeşləri Assosiasiyası isə bu sözlərə sərt reaksiya verib. Təşkilat bildirib ki, FİFA prezidenti azarkeşlər barədə ucuz zarafatlarla məşğul olmaq əvəzinə, 2026-cı il dünya çempionatına ucuz biletlər təmin etməyə fokuslanmalıdır.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir