
“Fənərbaxça” Avropa Liqasının 7-ci turunda “Aston Villa”ya minimal hesabla (0:1) uduzub.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Domeniko Tedesko nəticə ilə bağlı fikirlərini bölüşüb:
“Belə komandalarla cəsarətlə oynasan, onlara hücum üçün boşluq verirsən. Bu rəqiblərin səhvləri cəzalandırmaq üçün keyfiyyəti var. Buna baxmayaraq, ikinci hissədə komandam üstünlük qazandı və bir neçə qol imkanları yaratdı”.
“Aston Villa” bu qələbədən sonra turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib, “Fənərbaxça” isə dörd pillə geriləyərək 17-ci olub.
