
“Liverpul”un baş məşqçisi Arne Slot Çempionlar Liqasında “Marsel” üzərində 3:0 hesablı qələbədən sonra danışıb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, heyətlərində problemlərin olduğunu deyib:
“İlk səkkizlikdə qərarlaşmaq bizim üçün çox vacibdir, çünki düşünürəm ki, hər kəs heyətimizlə bağlı problemlərimizi görür. Üç oyunçumuz uzunmüddətli zədələr səbəbindən meydana çıxmayıb. Rəqiblərimizdəki qədər dərin heyətimiz yoxdur. İlk səkkizliyə düşmək “Liverpul” üçün demək olar ki, vacib olacaq, iki əlavə pley-off oyunu keçirmək məcburiyyətində qalmamaq üçün hər şeyi etməliyik”.
“Qırmızılar” hazırda turnir cədvəlində ümumi sıralamada 4-cü yerdədir, lakin hələlik 1/8 finala birbaşa vəsiqə qazana bilməyib. Onların sonuncu turdakı rəqibi “Qarabağ”dır.
