
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq UEFA Çempionlar Liqasının ümumi mərhələsinin son turunda “Kopenhagen”ə qarşı keçiriləcək oyunda komandasına kömək edə bilməyəcək.
Niderlandlı futbolçu Praqa “Slaviya”sına qarşı 4:2 hesabı ilə qalib gəlinən matçın 87-ci dəqiqəsində sarı vərəqə alaraq turnirdə icazə verilən limitə çatıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu səbəbdən, De Yonq bir oyunluq diskvalifikasiya cəzası çəkəcək.
“Barselona”nın doğma meydanda keçiriləcək 8-ci tur qarşılaşması yanvarın 28-də baş tutacaq. Komanda hazırda turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb və ilk səkkizliyə düşməmək riski ilə üz-üzədir. Bu halda Kataloniya təmsilçisi pley-offa vəsiqə qazanmaq üçün əlavə iki oyun keçirməli olacaq.
