ÇL: “Bizim üçün çempionluqdan başqa hədəf ola bilməz”

“Barselona” UEFA Çempionlar Liqasının əsas mərhələsində qalan iki oyunu da qələbə ilə başa vurmağı hədəfləyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik açıqlama verib:

“Barselona” kimi bir klub üçün iştirak etdiyi hər turnirdə məqsəd yalnız çempionluq olmalıdır. Bizim üçün başqa hədəf ola bilməz. Qarşıdakı iki oyunu da qazanmaq istəyirik”.

Almaniyalı mütəxəssis növbəti rəqib olan Praqa “Slaviya”sının oyun üslubuna da toxunub:

“Slaviya” çox yaxşı müdafiə olunur və yüksək pressinq tətbiq edir. Bu matça hazırlaşmaq üçün kifayət qədər vaxtımız olub”.

Baş məşqçi həmçinin, komandasının Praqada hökm sürən sərt hava şəraitinə uyğun hazırlaşdığını qeyd edib. Hazırda Çexiyanın paytaxtında temperatur -5 ilə -10 dərəcə arasında dəyişir.

Flik daha əvvəl futbolçuların soyuq hava şəraitinə uyğunlaşması ilə bağlı görülən tədbirlərdən də danışmışdı.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir