Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun çıxış etdiyi Bolqarıstanın “Arda” klubunun Türkiyədə təlim-məşq toplanışı start götürüb.
Futbolpress.az xəbər verir ki, Kırcalı təmsilçisi hazırlıq çərçivəsində Ukraynanın “Kudryovka” komandası ilə yoxlama matçı keçirib. Görüş bərabərliklə başa çatıb – 1:1.
Cəlal oyuna start heyətdə başlayıb və ikinci hissədə əvəzlənib.
