Materatsinin seçimi: Tarixin ən yaxşı 3 qapıçısı

“Yuventus”un və İtaliya millisinin sabiq müdadiəçisi Marko Materatsi futbol tarixinin ən yaxşı qapıçılarını açıqlayıb.

Komanda.az “RB Sport”-a istinadən xəbər verir ki, italiyalı keçmiş futbolçu öz siyahısına Lev Yaşini və oynadığı komandada birgə çıxış etdiyi iki qapıçını daxil edib:

“Tarixin ən yaxşı qapıçılarını saymaq istəsəm, bu siyahıya Canluici Buffon, Lev Yaşin və Xulio Sezarı daxil edərdim”.

Lev Yaşin hələ də “qızıl top” mükafatını qazanan yeganə qapıçıdır. SSRİ millisinin qapıçısı bu mükafatı 1963-cü ildə əldə edib. O, 1990-cı ildə mədə xərçəngindən vəfat edib.

Materatsi isə 2006-cı ildə İtaliya millisinin heyətində dünya çempionu olub.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir