Letiç: “Sizin səmimiyyətinizi heç vaxt unutmayacağam”

“Sabah”dan ayrılan Boyan Letiç sosial şəbəkə hesabında paylaşım edib.

Futbolpress.az xəbər verir ki, cinah oyunçusu paylaşımında klubla vidalaşıb:

“Yollarımız ayrılsa da, “Sabah”ın mənim qəlbimdə hər zaman xüsusi yeri olacaq. Buradan başıuca ayrılıram və sizə ən böyük nailiyyətlər arzulayıram.

Mənə güvəndikləri üçün rəhbərliyə, göstərdikləri dəstəyə görə məşqçilər heyətinə və çiyin-çiyinə mübarizə apardığımız hər bir komanda yoldaşıma təşəkkür edirəm. Amma hər şeydən öncə, azarkeşlərə minnətdaram: sizin qeyd-şərtsiz dəstəyiniz hər oyunda mənim əsas güc mənbəyim olub. Sizin səmimiyyətinizi heç vaxt unutmayacağam”.

Letiç 2022-ci ildən “Sabah”da çıxış edirdi.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir