“Kəpəz” legionerlə gücləndi

“Kəpəz” qış fasiləsində növbəti transferini reallaşdırıb.

Futbolpress.az xəbər verri ki, Gəncə təmsilçisi heyətini gürcüstanlı müdafiəçi Mate Abuladze ilə gücləndirib. 25 yaşlı futbolçu ilə növbəti mövsümün sonunadək müqavilə imzalanıb.

Mate Abuladze mövsümün ilk yarısını Gürcüstanın “Samqurali” klubunda keçirib. 2024-cü ildən Tsxaltubo təmsilçisinin formasını geyinən müdafiəçi bu müddət ərzində 49 oyunda meydana çıxaraq 2 qola imza atıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir