Antalyada təlim məşq toplanışında “Sumqayıt” ilk sınaq matçında Macarıstanın “Paksi” klubuna uduzub – 1:5.
Futbolpress.az xəbər verir ki, “Kimyaçılar”ın baş məşqçisi Saşa İliç görüşü belə şərh edib:
“Belə oyunlarda nəticə önəmli deyil. Yoldaşlıq görüşlərində bu bizi narahat etmir. Meydanda kifayət qədər gənc futbolçu var idi. Əsasən fərdi səhvlərdən sonra qollar buraxdıq. Bunun üzərində işləyəcəyik. 4–5 gündür məşq edirik. Gənclərə təcrübə lazımdır və biz onlara bu imkanı veririk. Bəzi legionerlər komandaya daha gec qoşulublar və optimal formada olduqlarını demək hələ tezdir”.
