
“Portu”nun yeni müdafiəçisi Tyaqo Silva Portuqaliya klubuna keçidi ilə bağlı danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu bunu söyləyib:
“Mən bu gözəl kluba qayıtdım. Avropadakı karyeram burada başlamışdı. “Portu”ya evim deyə bilərəm. İşə başlamağı səbirsizliklə gözləyirəm və kluba etimadına görə təşəkkür etmək istəyirəm. Tezliklə görüşərik!”
41 yaşlı futbolçu yanvarın 1-də “Fluminense”dən “Portu”ya transfer olunub. O, Portuqaliya klubu ilə bu mövsümün sonuna qədər olan müqavilə imzalayıb.
