Messi klub sahibi olmaq istəyir

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi gələcək karyera planları ilə bağlı açıqlama verib. O, etiraf edib ki, özünü məşqçi rolunda görmür.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu məşqçilikdən daha çox idarəçi və ya klub sahibi olmaq ideyasının ona cəlbedici gəldiyini bildirib:

“Düzü, özümü məşqçi kimi təsəvvür etmirəm. Menecer olmaq fikri mənə maraqlıdır, amma seçim etmək lazım gələrsə, klub sahibi olmağı üstün tutaram. Bir klubun sahibi olmaq, onu sıfırdan qurmaq və insanlara inkişaf şansı vermək məni daha çox cəlb edir”.

Səkkiz dəfə “qızıl top”un sahibi olan 38 yaşlı futbolçu 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin sonuna qədərdir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir