Bölgə klubu iki legioneri üçün 20 min manat ödəyəcək

“Qəbələ” qış transfer dönəminin indiyə ən qədər ən aktiv komandasıdır.

Futbolpress.az-ın məlumatına görə, “qırmızı-qaralar” artıq iki oyunçunun keçidini rəsmiləşdirib. Bölgə klubu seneqallı müdafiəçi Seydina Keyta və nigeriyalı hücumçu İsmaheel Akinade ilə müqavilə imzalayıb.

Premyer Liqada legioner limitinin ləğvindən sonra əcnəbi oyunçu transferlərinə görə tətbiq edilən rüsum çərçivəsində “Qəbələ” əlavə məbləğ ödəməli olacaq. Buna qədər heyətində 9 legioneri olan və 55 min manatından keçən əyalət klubu yeni legionerlərin sifarişi üçün daha 20 min (hərəsi 10 min AZN) ödəniş edəcək.

Tətbiq edilən rüsum qaydalarına görə, 12 legionerdən sonra hər əcnəbi üçün ödəniləcək məbləğ artıq 100 min manat olacaq. Bu baxımdan “Qəbələ”nin bundan sonra transfer dönəmində maksimum bir legioner gətirəcəyi, növbəti mövqelər üçünsə hədəfin yerli olacağı ehtimal edilir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir