UEFA Çempionlar Liqasının əsas mərhələsinin sonuncu – VIII turunda baş tutacaq “Liverpul” – “Qarabağ” oyununu biletləri satışa çıxarılıb.
Futbolpress.az xəbər verir ki, biletlər 9-61 funt sterlinq (təxminən 20-140 AZN) arasında satılacaq. Bu barədə “Liverpul”un mətbuat xidməti məlumat yayıb.
“Liverpul” – “Qarabağ” matçı yanvarın 28-də İngiltərədə keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:59-da start götürəcək.
