
“Santos”un futbolçusu Neymar 2025-ci ildə peşəkar futbolçu karyerasını başa vurmağı ciddi şəkildə düşünüb.
Komanda.az xəbər verir ki, bu barədə braziliyalı futbolçunun atası və eyni zamanda agenti olan Neymar da Silva Santos məlumat verib.
Neymarın atasının sözlərinə görə, bu düşüncələr oğlunda menisk zədəsindən sonra yaranıb. O, “Rafa Tecla T” kanalına verdiyi açıqlamada oğlunun həmin dövrdə dediklərini belə xatırlayıb:
“Mənə dönüb dedi: “Mən artıq bacarmıram. Gəlin əməliyyat edək, ata… Hətta bilmirəm, əməliyyat olunmağa dəyərmi. Mənim üçün artıq kifayətdir”.
Neymar daha sonra “Santos”la müqaviləsinin müddətini 31 dekabr 2026-cı il tarixinə qədər uzadıb.
