
“Milan”ın sabiq futbolçusu Paolo Maldini Venesuelanın prezidenti Nikolas Maduronun ABŞ təhlükəsizlik qüvvələri tərəfindən tutulmasını dəstəkləyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sosial mediada Venesuela şəhərlərinin küçələrində insanların Maduro ətrafında baş verən hadisələri qeyd etdikləri və onun tutulmasından məmnunluqlarını ifadə etdikləri videoları paylaşıb.
Maldininin həyat yoldaşı Adriana Fossa Venesuela əsillidir. Buna görə də, oğlu Daniel Maldini İtaliya millisində oynamaq qərarına gəlməzdən əvvəl qısa müddətə Venesuelanın gənclər və yeniyetmələr yığma komandalarında forma geyinib.
