Kapitan: “Hədəf çempionluqdur” (VİDEO)

“Turan Tovuz” mövsümün ikinci dövrəsinə hazırlıqarını Antalyada keçir.

Komandanın kapitanlarından Şəhriyar Əliyev toplanış və mövsümlə bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:

– Fərdi məşq edirsiniz. Səbəb nədir?
– Zədə ilə bağlıdır. Ötən ilin noyabrında zədələnmişdim. Komandaya tam qoşula bilməmişəm. Yaxşı bərpa keçməyə çalışıram.

– Həkimlər nə deyir?
– Şükürlər olsun, 5-10 faizlik bir şey qalıb. Tam risk etmək istəmirik. İndividual məşqlər edir.

– Hazırlıq dönəmi necə keçir?
– Demək olar, tam heyət burdayıq. Çalışırıq ki, məşqçilərin tapşırıqlarını yerinə yetirək, mövsümün ikinci dövrəsinə qaldığımız yerdən daha yaxşı başlayaq, məqsədlərə çataq.

– Məqsəd nədir?
– Məqsəd ilk gündən qoyduğumuz kimi, çempionluq üçün mübarizə aparacağıq. Azından Avropa Liqasına gedərək azarkeşlərimizi sevindirmək istəyirik.

– Kapitan kimi fanatlara sözünüz?
– Fanatlarımızın dəstəyini həmişə hiss etmişik və yenidən bunu gözləyirik. Çalışacağıq ki, nəticələrlə onları sevindirək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir