“Araz-Naxçıvan” məşqlərini bərpa edib.
Futbolpress.az xəbər verir ki, komanda bu gün 2026-cı ildə ilk məşqinə çıxıb. Baş məşqçi Andrey Demçenkonun rəhbərliyi ilə keçirilən hazırlıq prosesində 12 futbolçu iştirak edib.
Legionerlərdən Bruno Franko məşqdə iştirak edib, digər əcnəbilər isə sabahdan çalışmalara qoşulacaqlar.
