
“Əl-Hilal”ın müdafiəçisi Joao Kanselo “Barselona”dan təklif gözləyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “İnter” Səudiyyə Ərəbistanı klubuyla icarə şərtləri barədə razılığa gəlib və Kanselonu transfer etməyə hazırdır. Lakin portuqaliyalı futbolçu “Barselona”dan vəd alıb və bu səbəbdən, hələ İtaliya klubuna keçidi təsdiqləməyib. Oyunçu Kataloniya klubundan konkret təklif gözləyir. Kanselonun “Barselona”ya keçidi baş tutmasa, “İnter” onu transfer edəcək.
31 yaşlı futbolçu daha əvvəl 2017/18 mövsümündə “İnter”də, 2023/24 mövsümündə isə “Barselona”da çıxış edib.
